Tədbir Haqqında
Regional Universitet-Sənaye Birliyi Sammiti 2025 – Azərbaycanın regionlarını əhatə edən və universitet-sənaye əməkdaşlığını təşviq edən ilk genişmiqyaslı platformadır! Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) təşkilatçılığı ilə 24 Oktyabr 2025-ci il tarixində Mingəçevir şəhərində
keçiriləcək bu tədbirdə böyük şirkətlər, dövlət qurumları, startaplar, banklar, texnologiya, sənaye və xidmət sektoru nümayəndələri iştirak edəcək.
Bu sammit minlərlə tələbə və gəncin iş dünyası ilə birbaşa əlaqə qurması, real vakansiyalar və praktika imkanları ilə tanış olması üçün unikal bir fürsət yaradacaq. Startap təqdimatları, karyera sərgisi, panel müzakirələr və əyləncə proqramı ilə zənginləşdirilən tədbir region gəncləri üçün həm peşəkar, həm də sosial inkişaf platforması olacaq. Tədbirdə 100-dən artıq müəssisə və 10.000-dən çox şəxsin (tələbə, gənc, mütəxəssis, rəhbər şəxslər) iştirakı nəzərdə tutulmuşdur.
Tədbir Məlumatları
Yer:
Arena Otel Kür, Mingəçevir şəhəri
İştirakçı sayı:
10000 nəfər