+99410 437 55 65 info@techera.az

TECHERA HAQQINDA

Rəqəmsal təhsilin lideri

Bizim Hekayəmiz

Biznes, təhsil və peşəkar inkişaf sahəsində müəssisələr üçün praktik, nəticəyönümlü və real iş mühitinə uyğun təlim və inkişaf həlləri təqdim edən çoxşaxəli mərkəzdir. Təklif olunan proqramlar həm rəhbər, həm də işçi heyətinin bilik və bacarıqlarının artırılmasına yönəlir və təşkilatların strateji hədəflərinə uyğun şəkildə fərdi olaraq formalaşdırılır.

Təlim portfeli geniş istiqamətləri əhatə edir. Buraya İnsan Resurslarının İdarəedilməsi, Layihələrin idarəedilməsi, Marketinq və Satış, Biznes Proseslərinin İdarəedilməsi, Liderlik, Soft Skills, IT, Rəqəmsal bacarıqlar, ISO standartları üzrə proqramlar daxildir. Təlimlər onlayn, əyani və hibrid formatlarda, sahə üzrə təcrübəli yerli və beynəlxalq ekspertlər tərəfindən keçirilir. Hər bir müəssisənin ehtiyaclarına uyğunlaşdırılır.

Mərkəz Bakı şəhəri və respublikanın bütün regionlarında 150-dən artıq mütəxəssis şəbəkəsi ilə fəaliyyət göstərir. Respublikanın 26 şəhər və rayonda uğurlu layihə portfeli formalaşdırmışdır. Təhsil, sosial, biznes və kadr hazırlığı istiqamətlərində layihələrin araşdırılması, yazılması və icrası üzrə ixtisaslaşmışdır.

Bununla yanaşı, müəssisə və universitetlər üçün akademiyaların qurulması, təhsil mərkəzlərinin inkişafı və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi sahəsində xidmət göstərən nadir mərkəzlərdən biridir.

Amerika, Avropa, Asiya və Türkiyənin aparıcı universitetləri ilə birgə Mini-MBA və sertifikat proqramları həyata keçirilir. Beynəlxalq təcrübə və akademik biliklər yerli bazarın ehtiyaclarına uyğun şəkildə tətbiq olunur.

Eyni zamanda, müəssisələrin rəqəmsal idarəetməyə keçidi üçün LMS və HRM həlləri üzrə beynəlxalq tərəfdaşlıqlar çərçivəsində kompleks dəstək təqdim edilir. Komandaların bacarıqlarının inkişafı, biznes performansının artırılması üçün sistemli və davamlı yanaşma tətbiq olunur.

İnnovasiya və Təhsil

10+

İl təcrübə

1000+

Məzun

150+

Müəllim

Missiyamız və Vizyonumuz

Təhsil sahəsində öncül olmaq və gələcəyin liderlərini hazırlamaq

Missiyamız

Techera-nın missiyası təhsil, texnologiya və biznesi bir platformada birləşdirərək fərdlərin, institutların və regionların davamlı inkişafını təmin edən praktik, innovativ və beynəlxalq standartlara uyğun həllər təqdim etməkdir.
Biz:
• Gənclərin və peşəkarların əmək bazarına uyğun bacarıqlar qazanmasına,
• Universitet və təhsil müəssisələrinin institusional potensialının gücləndirilməsinə,
• Bizneslərin və təşkilatların rəqəmsal transformasiya və insan resursları inkişafına real və ölçülə bilən töhfə verməyi əsas missiyamız hesab edirik.
Techera, yerli ehtiyacları qlobal təcrübə ilə birləşdirərək:
• Bilik iqtisadiyyatının inkişafına,
• İnsan kapitalının dəyər yaradacaq səviyyəyə çatdırılmasına,
• Universitet–sənaye–cəmiyyət əməkdaşlığının gücləndirilməsinə xidmət edən etibarlı inkişaf tərəfdaşı olmağı qarşısına məqsəd qoyur.

Vizyonumuz

Techera-nın vizyonu bilik, texnologiya və innovasiyanı birləşdirərək regionlardan başlayan, qlobal miqyasda dəyər yaradan müasir təhsil və inkişaf ekosistemi qurmaqdır. Biz gələcəyin əmək bazarına hazır, rəqəmsal bacarıqlara sahib, analitik düşünən və davamlı inkişafı hədəfləyən lider fərdlər və güclü institutlar yetişdirməyi qarşıya məqsəd qoyuruq. Techera, universitetlər, biznes strukturları və dövlət qurumları arasında körpü rolunu oynayaraq:
 • Bilik iqtisadiyyatının formalaşmasına,
 • İnsan kapitalının gücləndirilməsinə,
 • Regionların sosial-iqtisadi inkişafına
Strateji töhfə verməyi hədəfləyir. Biz inanırıq ki, dayanıqlı inkişaf təhsildən, innovasiya isə düzgün ekosistemdən başlayır. Techera bu ekosistemin etibarlı və təsirli platforması olmağı qarşısına məqsəd qoyur.

Dəyərlərimiz

Bizim fəaliyyətimizi istiqamətləndirən əsas prinsiplər

Keyfiyyət

Ən yüksək keyfiyyətli təhsil xidməti və müasir tədris metodları

İnnovasiya

Daim yenilikçi yanaşmalar və texnoloji həllərin tətbiqi

Komanda

Güçlü komanda ruhu və hər kəsin inkişafına dəstək

Etibarlılıq

Şəffaf və güvənli təhsil mühiti, hər tələbəyə individual yanaşma

Beynəlxalq standartlar

Dünya standartlarına uyğun proqramlar və sertifikatlar

Sevgi

Təhsilə olan sevgimiz və hər tələbənin uğuruna sadiqlik

Partnyorlarımız

Bizimlə əməkdaşlıq edən beynəlxalq şirkətlər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət Məşğulluq Agentliyi
Gənclər və İdman Nazirliyi
Technest
Azərbaycan Respubikasının Auditorlar Palatası
Kapital Bank